İspaniya Baş naziri: İsralin Livanda yeni bir Qəzza yaratmasına icazə verməməliyik!

İspaniya Baş naziri: İsralin Livanda yeni bir Qəzza yaratmasına icazə verməməliyik!
Yayınlanma tarixi: 4/11/2026 11:24:28 AM

İspaniya Baş naziri: İsralin Livanda yeni bir Qəzza yaratmasına icazə verməməliyik!

İslamazeri.com xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançez Livanın başqa bir Qəzza olmasına icazə verilməməli olduğunu söyləyib.

Barselonada keçirilən Avropa Nəbz Forumunun bağlanış mərasimində çıxış edən Sançez Yaxın Şərqdəki düşmənçiliyin sona çatmalı olduğunu bildirib.

"Gəlin Livanda yeni bir Qəzzaya icazə verməyək", - deyə Sançez İsraili beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqda günahlandırıb.

İspaniya Baş naziri çıxışında bunları bildirib:

"Əgər dünyanın qalan hissəsinin bizə baxmasını və bizi dəstəkləməsini istəyiriksə, Avropa hərəkət etməlidir. Buna görə də dünən mən Aİ-nin İsrail ilə tərəfdaşlıq müqaviləsini dayandırmasını təklif etdim, çünki İsrailin onun bir çox bəndlərini, xüsusən də beynəlxalq və humanitar hüquqla bağlı bəndləri pozduğu açıq-aydındır."

GÜNÜN MANŞETLERİ