DTX İŞİD-in terror hücumunun qarşısını aldı - VİDEO

DTX İŞİD-in terror hücumunun qarşısını aldı - VİDEO
Yayınlanma tarixi: 1/27/2026 10:00:01 AM

Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları - 2000-ci il təvəllüdlü, "Abu Zər əl-Mühacir" dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, "Abdurəşid" dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü "Abdurrahman əl-Azəri" dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

Adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycandakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

 

 

 

GÜNÜN MANŞETLERİ

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu

3/17/2026 11:00:01 AM
İran: ABŞ radarlarının 80 faizini məhv etmişik
REGİON / İRAN

İran: ABŞ radarlarının 80 faizini məhv etmişik

3/17/2026 10:45:27 AM
Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!

3/17/2026 10:39:29 AM
ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub

3/17/2026 10:14:10 AM
Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM