DTX-dan xəbərdarlıq

DTX-dan xəbərdarlıq
Yayınlanma tarixi: 31.01.2023 14:16:48

"İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" - DTX

İslamazeri.com xəbər verir ki, İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara DTX xəbərdarlıq edib. Bu barədə qurumun rəsmi səhifələrində məlumat yayımlanıb.

Məlumatda deyilir:

"Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur."

GÜNÜN MANŞETLERİ