Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...

Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...
Yayınlanma tarixi: 1/29/2026 11:34:01 AM

Çinin BMT-dəki Daimi Nümayəndəsi ABŞ-a İrana qarşı hər hansı bir hərbi avantüranın son dərəcə dağıdıcı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. Pekin Vaşinqtonun müharibəni qızışdıran siyasətinin regionu dönməz bir fəlakətə sürükləyə biləcəyini vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Çin ABŞ-a açıq şəkildə İrana qarşı potensial hərbi müdaxilənin "gözlənilməz və son dərəcə təhlükəli nəticələrə" səbəb olacağı barədə xəbərdarlıq edib.

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Çun verdiyi açıqlamada bildirib: "İrana qarşı hər hansı bir hücum bütün bölgəni cəhənnəmə çevirəcək".

Əl-Cəzirənin verdiyi xəbərə görə, Çinli diplomat İranın müstəqil və suveren bir ölkə olduğunu vurğulayaraq əlavə edib: "Çin İranı sabit bir ölkə kimi görmək istəyir".

Pekin bölgədə gərginliyin artmasının heç bir tərəfə fayda verməyəcəyini, əksinə Qərbi Asiyada təhlükəsizliyi və sabitliyi tamamilə məhv edəcəyini bildirib və bütün tərəfləri təmkinli olmağa və siyasi həll yolları axtarmağa çağırıb.

GÜNÜN MANŞETLERİ