BMT Baş katibi İraqda səfərdədir

BMT Baş katibi İraqda səfərdədir
Yayınlanma tarixi: 1.03.2023 14:10:21

BMT-nin Baş katibi Antonio Quterreş İraq hökumətinin iraqlı mühacirlərin ölkələrinə qaytarılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İraq hökumətinin iraqlı mühacirlərin ölkələrinə qaytarılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib.

Antonio Quterreş rəsmi səfəri çərçivəsində getdiyi paytaxt Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşüb.

Görüşdən sonra Quterreş və Hüseyn birgə mətbuat konfransı keçirib.

Fuad Hüseyn Quttereşin İraqa səfərindən məmnunluğunu ifadə edərək,“Bizim BMT ilə əlaqələrimiz güclüdür. BMT Baş Katibi ilə regional və beynəlxalq, eləcə də daxili məsələləri müzakirə etmək imkanımız olacaq” deyib.

BMT-nin baş katibi də “İraqa səfər etməkdən məmnunam. Biz həmçinin əminik ki, iraqlılar siyasi və təhlükəsizlik problemlərinin öhdəsindən gələcəklər” ifadələrindən istifadə edib.

Quttereş İraq hökumətinin iraqlı mühacirlərin ölkələrinə qayıtması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini qeyd edib.

GÜNÜN MANŞETLERİ