Beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb

Beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Yayınlanma tarixi: 3/10/2026 1:36:14 PM

Beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb.

Azərbaycanda fevral ayında beş aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkarlanıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sözügedən apteklərə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi (apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir) üzrə cərimə protokolları tərtib edilib.

GÜNÜN MANŞETLERİ