Belçikadan İsrailə qarşı MÜHÜM ADDIM

Belçikadan İsrailə qarşı MÜHÜM ADDIM
Yayınlanma tarixi: 12/24/2025 10:11:44 AM

Belçika, Qəzzada törədilmiş insanlığa qarşı cinayətlər və soyqırım iddiaları ilə bağlı Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) qarşı qaldırdığı işə daxil olmaq üçün müraciət edib.

İslamazeri.com xəbər verir k, BƏM bu gün Belçikanın müraciətinin Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə əsasən rəsmi olaraq təqdim edildiyini açıqlayıb.

Belçika, müraciətinin Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın I-VI maddələrinin şərhinə yönəldiyini bildirib. Ərizədə hərbi əməliyyatlar zamanı törədilmiş hərəkətlərdə soyqırım niyyətinin müəyyən edilməsini çətinləşdirən dar şərhlərdən çəkinməyin vacibliyi vurğulanıb.

Belçika həmçinin uşaqları və həssas mülki şəxsləri hədəf almağın soyqırım niyyətinin güclü sübutu ola biləcəyini qeyd edib. Məlumata görə, BƏM Belçikanın müraciəti ilə bağlı Cənubi Afrika və İsraildən yazılı şərhlər istəyib.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM