Balakəndə ağacların kəsilməsinə görə cinayət işi açılıb

Balakəndə ağacların kəsilməsinə görə cinayət işi açılıb
Yayınlanma tarixi: 12/27/2022 11:02:14 AM

Bu barədə DİN-dən məlumat verilib.

Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının kəsilməsi barədə polisə məlumatlar daxil olub.

DİN-dən "İslamazeri.com"a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Qazma kənd sakini Kamal Xəlilovun kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini Musa Musayevin isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurmaları müəyyən olunub.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Sabah hava necə olacaq?
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq?

4/2/2026 1:30:01 PM
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

4/2/2026 12:24:24 PM
İran ABŞ-ın Hərir hava bazasını məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Hərir hava bazasını məhv edib

4/2/2026 12:21:15 PM