Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.
İslamazeri.com xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkəti twitter hesabında məlumat paylaşıb.
Qeyd olunur ki, pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı aprelin 27-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar imzaladığı bildirilib.
Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.
Bugün, Genel Müdürümüz @Haluk Bayraktar ve Azerbaycan Savunma Bakan Yardımcısı Sn. Aqil Qurbanov, Baykar ile Azerbaycan Savunma Bakanlığı arasında insansız hava aracı sistemleri ortak üretimi yapmak üzere iyi niyet protokolü imzaladı.
— BAYKAR (@BaykarTech) April 27, 2023
Törene Azerbaycan Savunma Bakan Yardımcısı… pic.twitter.com/WHUWRb3ZLI