Hizbullah lideri: Livandakı vəziyyətin səbəbkarı ABŞ və İsraildir

Hizbullah lideri: Livandakı vəziyyətin səbəbkarı ABŞ və İsraildir
Yayınlanma tarixi: 12/29/2025 11:28:58 AM

Hizbullahın baş katibi Şeyx Naim Qasim bildirib ki, "Livandakı qeyri-sabitliyin səbəbi ABŞ və İsraildir".

İslamazeri.com xəbər verir ki, Şeyx Naim Qasim bu sözləri müqavimətin qurucularından biri olan Məhəmməd Həsən Yəqinin ölümünün ikinci ildönümü münasibətilə deyib.

Livandakı vəziyyətlə bağlı o, deyib: "Ölkədəki qeyri-sabitliyin səbəbi ABŞ və İsraildir".

Qasim əlavə edib ki, ABŞ-ın bir çox iqtisadi sahələrdə dominantlığı vəziyyəti daha da pisləşdirib.

Şeyx Naim Qasim Hizbullahın şəffaflığını təsvir edərək bildirib:

"Hizbullah təkcə ölkənin cənubunu deyil, bütün Livanı azad etdi. Hizbullah bərabərlik prinsipinə əməl edir və hökumət və xalqla qarşılıqlı əlaqələrində şəffafdır. Ölkənin yenidənqurma prosesində həmişə konstruktiv rol oynayan Hizbullah qanun çərçivəsində fəaliyyət göstərir".

Naim Qasim əlavə edib: "Hizbullahın tərksilah edilməsi, Livanın hərbi imkanlarını aradan qaldırmaq, maliyyə imkanlarını zəiflətmək və daxili münaqişə yaratmaq məqsədi daşıyan İsrail və Amerika layihəsidir."

GÜNÜN MANŞETLERİ