Ayətullah Xameneidən sünni din aliminə qarşı sui-qəsdlə bağlı bəyanat

Ayətullah Xameneidən sünni din aliminə qarşı sui-qəsdlə bağlı bəyanat
Yayınlanma tarixi: 12/14/2022 1:16:32 PM

İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei Sistan-Bəlucistan əyalətində tanınmış sünni din alimi Əbdühvahid Rigiyə qarşı sui-qəsdlə bağlı bəyanat verib.

İslamazeri.com xəbər verir ki, İran İnqilabının rəhbəri Sistan-Bəlucistan əyalətinin Xaş rayonunun tanınmış din alimi Mövləvi Əbdülvahid Rigini oğurlayaraq, qətlə yetirənlərin tez bir zamanda və ciddi şəkildə cəzalandırılmasını istəyib.

O həmçinin din aliminin ölümü ilə bağlı başsağlığı verib.

“Bu cinayəti törədən qaraüzlü, muzdur bədxahlardır ki, İran xalqlarının, xüsusilə də bəluç soydaşların xoşbəxtliyi və birliyinə düşmən kəsilənlərin xidmətində durublar. Məsuliyyət daşıyan qurumların vəzifəsi cinayətkarları təqib etmək, onları tez bir zamanda və ciddi şəkildə cəzalandırmaqdır”, deyə başsağlığı bəyanatında əlavə edilib.

GÜNÜN MANŞETLERİ

Su obyektlərindən istifadə sərbəstdir - RƏSMİ
ÖLKƏ / MÜXTƏLİF

Su obyektlərindən istifadə sərbəstdir - RƏSMİ

6/18/2026 3:20:01 PM
İsrail Livanı bombaladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı bombaladı

6/18/2026 2:36:19 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/18/2026 1:17:01 PM