Ayətullah Xameneidən İrandakı etirazlarla bağlı açıqlama

Ayətullah Xameneidən İrandakı etirazlarla bağlı açıqlama
Yayınlanma tarixi: 1/3/2026 9:16:22 PM

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkədəki son hadisələrlə bağlı mühüm açıqlamalar verib

İslamazeri.com xəbər verir ki, Ayətullah Seyid Əli Xamenei iqtisadi çətinliklərə görə küçələrə çıxan ticarətçilərin və xalqın etirazlarını haqlı hesab etdiyini, lakin bu vəziyyətdən sui-istifadə edən "düşman agentlərinə" qarşı sərt tədbirlərin görülməli olduğunu bildirib.

İmam Əlinin (ə) mövludu münasibətilə şəhid ailələri ilə görüşən Ayətullah Xamenei,  bazardakı qeyri-sabitliyin iş mühitinə mənfi təsir etdiyini etiraf edib. O qeyd edib ki, milli valyutanın dəyər itirməsi və məzənnə fərqləri ticarətçilərin işini çətinləşdirir:

"Mən ticarətçilərin tələblərini televiziyada eşitdim. Onların söylədikləri doğrudur. Milli valyutanın dəyər itirməsi iş mühitini qeyri-sabit edir və insanların iş görə bilməməsinə səbəb olur. Prezident Pezeşkiyan və digər rəsmilərin bu problemi həll etməyə çalışdıqlarını bilirəm."

Ayətullah Xamenei etiraz edən vətəndaşlarla ölkədə xaos yaratmaq istəyənlərin bir-birindən fərqləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, düşmən qüvvələr haqlı etirazların arxasına sığınaraq dövlət və İslam əleyhinə şüarlar səsləndirir.

Çıxışının sonunda İranın heç vaxt boyun əyməyəcəyini deyən Ayətullah Xamenei, xalqın dəstəyi ilə mövcud çətinliklərin öhdəsindən gələcəklərinə əminliyini ifadə edib:

GÜNÜN MANŞETLERİ