Atəşkəsdən sonra İsrail qırıcıları Qəzzanı bombaladı

Atəşkəsdən sonra İsrail qırıcıları Qəzzanı bombaladı
Yayınlanma tarixi: 5/14/2023 11:32:48 AM

Fələstinli qruplarla əldə edilən atəşkəsin qüvvəyə minməsindən sonra İsrail təyyarələrinin Qəzzada bəzi nöqtələri vurduğu bildirilib.

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Təl-Əviv rəhbərliyi ilə fələstinli qruplar arasında Misirin vasitəçiliyi ilə yerli vaxtla saat 22:00-da qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail təyyarələri Qəzzaya zərbələr endirməyə davam edib.

İsrail ordusundan verilən yazılı açıqlamada Qəzzadan atılan raketlərə cavab olaraq, İslami Cihad qruplaşmasına aid hədəflərlə raket atıcılarının vurulduğu bildirilib.
İsrail İctimai Yayım Təşkilatı (KAN) və "Yedioth Ahronot" qəzeti Qəzzadan İsrailin cənub sərhədindəki şəhərlərə çoxlu sayda raket atıldığını və xəbərdarlıq sirenlərinin səsləndiyini bildirib.

Qeyd edək ki, mayın 9-dan Qəzza zolağına hava zərbələri endirən İsrail ilə Qəzzadakı fələstinli qruplar arasında axşam saatlarında əldə edilən atəşkəs yerli vaxtla saat 22:00-da qüvvəyə minib.

Atəşkəs mülki əhalinin hədəfə alınmasına son qoyulmasını və mülki yaşayış məntəqələrinin dağıdılmasına son qoyulmasını ehtiva edir.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM