Allahşükür Paşazadə İran səfirini qəbul edib

Allahşükür Paşazadə İran səfirini qəbul edib
Yayınlanma tarixi: 4/3/2026 3:38:57 PM

Allahşükür Paşazadə İran səfirini qəbul edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib.

İslamzeri.com xəbər verir ki, QMİ-dən verilən məlumata əsasən, Allahşükür Paşazadə səfirlə görüşdə Prezident İlham Əliyevin Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcəyi və bu prinsipial mövqenin dəyişməz olaraq qaldığı barədə dəfələrlə bəyanat verib.

Səfir Müctəba Dəmirçilu ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

GÜNÜN MANŞETLERİ