Aİ Suriya ilə bağlı bu tələbi ləğv etdi

Aİ Suriya ilə bağlı bu tələbi ləğv etdi
Yayınlanma tarixi: 2/24/2023 2:31:30 PM

Avropa İttifaqı Suriya ilə bağlı bu tələbi ləğv etdi.

Aİ Kahramanmaraş mərkəzli zəlzələlərdən zərərçəkən Suriyaya humanitar yardımın sürətlə çatdırıla bilməsi üçün humanitar yardım təşkilatlarının Aİ-yə üzv ölkələrin milli orqanlarından qabaqcadan icazə alma tələbinin ləğv edildiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, bəyanatda deyilib: “Aİ-nin sanksiya rejiminə humanitar yardımların ölkənin istənilən yerinə davamlı çatdırılmasını təmin etmək üçün geniş miqyaslı humanitar istisnalar daxildir. Sanksiyalar Aİ-nin Suriyaya ərzaq, dərman yaxud tıbbi digər ekipajların ixracını qadağan etmir”. 

Açıqlamada Avropa İttifaqı Şurasının humanitar yardımın sürətli çatdırılmasını asanlaşdırmaq üçün bu əlavə düzəlişin qəbul edilməsinə qərar verdiyi bildirilərək, “Aİ bu düzəlişlə humanitar təşkilatlara humanitar məqsədlər üçün mal və xidmətləri köçürməsi və ya təmin etməsi üçün Aİ üzvü dövlətlərin milli səlahiyyətli orqanlarından qabaqcadan icazə almaq tələbindən imtina etmişdir" - deyilib.

Açıqlamada dəyişikliyin altı ay müddətində qüvvədə olduğu qeyd edilib.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM