ABŞ və İsrailin hücumları İranda 400-dən çox tibb mərkəzinə ziyan vurub.
ABŞ və İsrailin hücumları nəticəsində İranda 400-dən çox tibb mərkəzinə ziyan dəyib.
İslamazeri.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Təcili Yardım Təşkilatının rəhbəri Cəfər Miadfər məlumat verib,
Səhiyyə infrastrukturuna vurulan zərərin miqyası 400-dən artıq tibbi müəssisəni əhatə edir.
Bundan əvvəl İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd qeyd etmişdi ki, ABŞ və İsrailin tərəfindən ölkədə 20 mindən çox kommersiya obyekti və müəssisə, 857 təhsil müəssisəsi zərər görüb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb və minlərlə günahsız iranlını, o cümlədən də uşaqları və qadınları qətlə yetirib və yaralayıb.