ABŞ ordusu Sakit Okeanda daha bir gəmini hədəfə alıb

ABŞ ordusu Sakit Okeanda daha bir gəmini hədəfə alıb
Yayınlanma tarixi: 12/23/2025 10:21:14 AM

ABŞ ordusu Sakit Okeanda bir gəmini hədəfə alıb.

İslamazeri.com xəbər verir ki, NBC News-un verdiyi məlumata görə, ABŞ Cənub Komandanlığı Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığında şübhəli bilinən bir qayığa qarşı əməliyyat zamanı bir nəfərin öldüyünü açıqlayıb.

ABŞ Cənub Komandanlığı Twitter vasitəsilə verdiyi açıqlamada bildirib ki, ABŞ hərbi qüvvələri hərbi katib Pit Heqsetin birbaşa əmri ilə narkotik qaçaqmalçılığı marşrutunda fəaliyyət göstərən bir qayığı hədəfə alıb.

ABŞ Hərbi Departamenti həmçinin sentyabr ayından bəri Sakit və Karib dənizlərində narkotik qaçaqmalçılığında şübhəli bilinən qayıqlara qarşı 20-dən çox əməliyyat keçirildiyini və nəticədə ümumilikdə 100-dən çox insanın öldüyünü bildirib.

Bu hərbi əməliyyatlar insan haqları qrupları tərəfindən sərt tənqid olunub və onlar ABŞ-ın Karib və Sakit okeanda qayıqlara hücumlarını məhkəməsiz qətllər və müharibə cinayətləri kimi xarakterizə ediblər.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM