Zaxarova: Paşinyan dünyadakı reallıqları anlamır

Zaxarova: Paşinyan dünyadakı reallıqları anlamır
Yayınlanma tarixi: 29.12.2022 14:02:31

Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini tənqid etməsinə cavab olaraq bildirib.

Paşinyan dünyadakı reallıqları anlamır.

İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, bunu həftəlik mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini tənqid etməsinə cavab olaraq bildirib.

“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin tənqidi qəbuledilməzdir”, - deyə Zaxarova qeyd edib.

“Rusiya sülhməramlı kontingentinin tənqidinə gəlincə, bu vəziyyətdə, mən hesab edirəm ki, bu, qəbuledilməzdir. Rusiya sülhməramlıları vəziyyəti həll etmək üçün mümkün olan hər şeyi edirlər. Heç bir ictimai hücum bu işə kömək etməyəcək. Vəziyyət daha da pis idi. Biz bu situasiyanı yaxşılaşdırmaq üçün çalışırıq. Səmərəliliyin artırılması zərurəti və başqa şeylər haqqında istədiyiniz qədər danışa bilərsiniz. Hər kəs bu məsələni həll etməyə çalışır. Ancaq belə şeyləri söyləmək və bəyan etmək dünyadakı reallıqları başa düşməmək deməkdir”, - deyə M.Zaxarova qeyd edib.

Qeyd edək ki, Paşinyan hökumətin son iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini kəskin tənqid edib, hətta onları təhdid etməkdən belə çəkinməyib.

Ermənistanın baş naziri Rusiya sülhməramlılarının "qeyri-qənaətbəxş fəaliyyətinə" toxunaraq, problemin həllinə digər beynəlxalq strukturların cəlb edilməsini, məsələn, BMT sülhməramlılarının Qarabağa dəvət olunmasını təklif edib.

GÜNÜN MANŞETLERİ