XİN QHT-lərə tövsiyələr verib

XİN QHT-lərə tövsiyələr verib
Yayınlanma tarixi: 2/9/2023 11:58:03 AM

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə fəaliyyət göstərən QHT-lərə tövsiyələr verib.

İslamazeri.com xəbər verir ki, tövsiyələri XİN-in idarə rəisi Yalçın Rəfiyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfransda çatdırıb.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə BMT-nin bəzi məruzəçiləri tərəfindən ölkəmizə qarşı həqiqətəuyğun olmayan iddialar (erməni hərbçilərə işgəncələrin verilməsi və s) səsləndirilirdi: “Ancaq həmin xüsusi məruzəçilərin Azərbaycanla heç bir qərəzi yoxdur. Onların iddialarının əsas səbəbi erməni QHT-lərinin, ictimai fəallarının bu və ya digər məsələlərlə bağlı həmin şəxslərə müraciətləridir. Bizim də vətəndaş cəmiyyətimiz bütün məsələlərlə bağlı haqlılığımızı sübut etmək üçün əməli fəaliyyətə keçməlidir. BMT-nin qurumları, məruzəçiləri ilə daimi təmas saxlamaq lazımdır”.

İdarə rəisi vurğulayıb ki, QHT-lər beynəlxalq siyasətdə xüsusi rol oynayırlar: “Qərb ölkələrində, beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyətinin sözü də xüsusi rol oynayır. Ona görə də hesab edirəm ki, müxtəlif sahələr üzrə də ixtisaslaşma çox vacibdir”.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM