Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod tikiləcək

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod tikiləcək
Yayınlanma tarixi: 10/10/2022 5:41:13 PM

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod tikiləcək.

Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üzrə zavodunun yaradılması sahəsində əməkdaşlığa dair layihənin potensial investor qismində iştirakı nəzərdə tutulan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC və dünyada su və su tullantılarının emalı sahəsində tanınmış İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadəsinə təkan verib.

“IDE” şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı sahəsində 40 illlik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70%-ni təmin edir.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM