Uşaqlar arasında qastroenteroloji problemlər artıb

Uşaqlar arasında qastroenteroloji problemlər artıb
Yayınlanma tarixi: 2/14/2023 12:02:37 PM

Uşaqlar arasında qastroenteroloji problemlər artıb.

Qış mövsümü ilə bağlı uşaqlar arasında bəzi qastroenteroloji problemlərin artması müşahidə olunur. Bunlardan qastrit, reflüks, mədə qanaması, qarında ağrı və sancını xüsusi ilə qeyd etmək istəyirəm.

İslamazeri.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev bildirib.

Onun sözlərinə görə, ilk növbədə kəskin respirator virus infeksiyalarının, o cümlədən influenzanın artması uşaqlarda düşməyən qızdırmaya səbəb olur:

"Bu zaman valideynlər müxtəlif qızdırma salıcı preparatlarla temperaturu salmağa çalışırlar və bəzən bu dərmanlar lazım olandan artıq miqdarda istifadə olunur ki, bu da müxtəlif mədə-bağırsaq problemlərinin əmələ gəlməsinə səbəb olur".

Həkim deyib ki, son zamanlar məktəb yaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb:

"Məktəb yaşlı uşaqların bu qidalardan çox istifadə etmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalara gətirib çıxarır.

Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır. Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müracət edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur.
Qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri vardır. Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların istifadəsi qəbizliyin daha kiçik yaşlarda görülməsinə gətirib çıxarır. Ana südü təbii qəbizlik əleyhinə dərmandır.

Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və “fast-food”dan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur. Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur.

Uşaqlar arasında son vaxtlar telefon və kompyuterdən istifadə, həm oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompyuterə verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur".

GÜNÜN MANŞETLERİ

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu

3/17/2026 11:00:01 AM
İran: ABŞ radarlarının 80 faizini məhv etmişik
REGİON / İRAN

İran: ABŞ radarlarının 80 faizini məhv etmişik

3/17/2026 10:45:27 AM
Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!

3/17/2026 10:39:29 AM
ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub

3/17/2026 10:14:10 AM
Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM