Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb

Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb
Yayınlanma tarixi: 2/22/2023 4:45:47 PM

Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb.

Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.

İslamazeri.com xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25 % (əsasən yaxındangörmə), həzm sistemi 20% (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 % (əsasən lor), sümük-əzələ sistemi 12.3 % (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.

Bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tapşırığına əsasən, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib.

Qeyd edək ki, ilkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkar edilməsi və müvafiq sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) rəhbərliyinin tapşırığına əsasən təhsil müəssisələri və o cümlədən valideynlər arasında sanitar-maarif işinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirilib.

GÜNÜN MANŞETLERİ

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu

3/17/2026 11:00:01 AM
İran: ABŞ radarlarının 80 faizini məhv etmişik
REGİON / İRAN

İran: ABŞ radarlarının 80 faizini məhv etmişik

3/17/2026 10:45:27 AM
Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!

3/17/2026 10:39:29 AM
ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub

3/17/2026 10:14:10 AM
Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM