Tramp iğtişaşa çağırışa görə məhkəməyə çağırılıb

Tramp iğtişaşa çağırışa görə məhkəməyə çağırılıb
Yayınlanma tarixi: 10/22/2022 11:07:31 AM

ABŞ Nümayəndələr Palatasının Xüsusi Komitəsi bu ölkənin sabiq prezidenti Donald Trampa məhkəmədə ifadə verməsi üçün rəsmi çağırış vərəqəsi göndərib.

İslamazeri.com xəbər verir ki, 2021-ci il yanvarın altısında baş verən Kapitol hücumunu araşdıran komitənin göndərdiyi çağırış vərəqəsində Trampdan altı yanvar istintaqı ilə bağlı tələb olunan sənədləri noyabrın dördünədək təhvil verməsi tələb olunur.

2021-ci il yanvarın altısında Co Baydenin bu ölkənin prezident seçkilərində qalib gəlməsinin yekun təsdiqi məqsədilə təşkil edilən konqresin müştərək iclası gedişində Trampın havadarlarından bir qrupu konqres binasının içərisinə basqın etdi. Bu basqın Trampın öz havadarlarını konqres qarşısına toplaşmaq üzrə çağırışının ardınca baş verdi. Basqın zamanı azı altı nəfər öldürüldü.

Sözügedən çağırış vərəqəsində Tramp Amerikanın hazırkı prezidenti Co Baydenin qələbəsinə gətirib çıxaran 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək üzrə fitnəkarlıq törətməkdə ittiham edilir.

Kapitol hücumunu araşdıran komitənin doqquz üzvü qeyd olunan çağırış vərəqəsində Trampdan təxminən noyabrın 14-dən başlayaraq bir və ya bir neçə gün ərzində andiçmə altında ifadə verməsini istəyib. Onlar Trampdan konqres üzvləri və ekstremist qruplarla şəxsi yazışmaları da daxil olmaqla bəzi sənədləri məhkəmə iclasına gətirməsini tələb ediblər.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM