Lökbatanda anbarda dəhşətli yanğın - VİDEO

Lökbatanda anbarda dəhşətli yanğın - VİDEO
Yayınlanma tarixi: 5/12/2026 11:00:01 AM

Yanğın çox böyük olub və əraziyə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da gəlib.

İslamazeri.com xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib.

Yanğın çox böyük olub və əraziyə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da gəlib.

Yanğının söndürülməsi əməliyyatına nazirliyin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

Rəsmi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

GÜNÜN MANŞETLERİ