Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq

Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq
Yayınlanma tarixi: 10/19/2022 10:55:33 AM

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması qaydası hazırlanacaq.

İslamazeri.com xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin 19 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM