Tədqiqat infrastrukturunun avadanlığından istifadə haqqı təsdiqlənib

Tədqiqat infrastrukturunun avadanlığından istifadə haqqı təsdiqlənib
Yayınlanma tarixi: 12/26/2022 10:56:28 AM

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqqı"nı təsdiq edib.

İslamazeri.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xidmət haqları ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarında mövcud olan tədqiqat infrastrukturlarının avadanlıqlarından istifadəyə görə 250-ə yaxın xidmət növünü əhatə edəcək.

"Xidmət haqqının təsdiq edilən normaları sınaqların həcmi, onların aparılması üçün iqtisadi cəhətdən əsaslandırılmış əməyin qiymətləndirilməsi, sərfiyyat materialları, əsas vəsaitlərin amortizasiyası, rabitə, nəqiyyat, kommunal və ezamiyyət xərcləri nəzərə alınmaqla hesablanıb. Xidmət haqqının vahid qaydada formalaşdırılmasına dair normativ hüquqi sənədin qəbul edilməsi elmi-tədqiqat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatların, alim və tədqiqatçıların tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinə zəmin yaradacaq", - Nazirlər Kabineti bəyan edib.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM