SN: Uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır

SN: Uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır
Yayınlanma tarixi: 1.02.2023 15:50:41

Bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.

“Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır”.

İslamazeri.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.

Uşaqlarda diabetin ilkin əlamətlərini açıqlayan həkim bildirib ki, birinci tip diabetdə ifrat sidiyə getmə, hədsiz su içmə, çox qida qəbulu və buna baxmayaraq halsızlıq, yorğunluq əlamətləri olur:

"Sonrakı mərhələdə ağızdan pis qoxunun gəlməsi kimi əlamətlər kəskinləşir. İkinci tip diabetdə əlamətlər gec ortaya çıxır. Bu uşaqlar hədsiz çəkidən əziyyət çəkirlər. Əsəbilik, halsızlıq, ağızqurusu kimi əlamətlər də zamanla özünü göstərir".

Həkim qeyd edib ki, I tip diabet daha çox 5-7 yaş aralığında olan, həmçinin yeni doğulmuş uşaqlarda daha çox rast gəlinir. İkinci tip diabet isə 10 yaşdan sonra özünü göstərə bilir.

GÜNÜN MANŞETLERİ