Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb
Yayınlanma tarixi: 1/30/2023 10:49:02 AM

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirak üçün Əlcəzairə səfəri çərçivəsində Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Qanunverici orqanların ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində müsbət rolu vurğulanıb, o cümlədən, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, bu platformanın növbəti konfransına hazırlıqla bağlı görülən işlər barədə danışılıb.

Görüşdə Sahibə Qafarova həmçinin, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib, Azərbaycanın bu məsələnin şəffaf və obyektiv araşdırılmasını tələb etdiyini bildirib, bir çox ölkələrin bu terror aktını şiddətlə qınadığını diqqətə çatdırıb.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri barədə ətraflı danışıb.

 

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM