Sabah qar yağacaq

Sabah qar yağacaq
Yayınlanma tarixi: 2/8/2023 1:11:59 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında fevralın 9-da bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ

İsrailin Merkava tankı belə vuruldu - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Merkava tankı belə vuruldu - VİDEO

3/27/2026 11:00:01 PM
General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...

3/27/2026 10:57:31 PM