İranın xarici işlər naziri Abbas Əraqçi Vitkofla əlaqə saxlama xəbərini təkzib edib
İslamazeri.com xəbər verir ki, İran XİN rəhbəri Abbas Əraqçi ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofla əlaqə saxlamadığını bildirib.
"Son əlaqəm onun rəhbərinin diplomatiyanı məhv etmək və İrana qarşı daha bir qanunsuz hərbi hücum qərarı verməsindən əvvəl olub. Bunun əksini iddia edən hər hansı başqa məlumatın yalnız neft alıcılarını və ictimai rəyi çaşdırmaq üçün yayıldığı görünür.", -deyə iranlı nazir bildirib.