Qurban Qurbanov: "Yeni qapıçı axtarışındayıq"

Qurban Qurbanov:
Yayınlanma tarixi: 21.12.2021 17:40:54

2022-ci ildən Azərbaycanda VAR sisteminin tətbiq olunacağına münasibət bildirən baş məşqçi bunun ölkə futboluna faydasının dəyəcəyini söyləyib.

"Yeni qapıçı axtarışındayıq. Tez qərar vermək bizim üçün çətindir. İşimizi maksimum sürətləndiririk. Yaxın günlərdə hər hansı nəticə əldə etməyə çalışırıq".

İslamazeri.com xəbəbr verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer məsələləri barədə jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis Ukrayna "Minay"ından aldıqları Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin keçidinə də toxunub: "Əvvəldən belə bir fikrimiz var idi. Milliyə cəlb olunduqdan sonra diqqətimi cəlb etmişdi. Həm ukrayna Premyer Liqasında, həm də yığmadakı oyunlarını izləyirdim. Böyük potensialının olduğunu gördüm və komandaya dəvət etdim".

2022-ci ildən Azərbaycanda VAR sisteminin tətbiq olunacağına münasibət bildirən baş məşqçi bunun ölkə futboluna faydasının dəyəcəyini söyləyib: "Amma bəzi problemlər də ola bilər. Bunu gələcəkdə görəcəyik".

GÜNÜN MANŞETLERİ