Quranın rəqəm və say möcüzəsi

Quranın rəqəm və say möcüzəsi
Yayınlanma tarixi: 4/25/2023 6:00:23 PM

İslamazeri.com-un "Din" rubrikasından...

İlahi peyğəmbərlərin möcüzələri onları fərqləndirməkdə və mötəbərliyini sübut etməkdə mühüm əlamətlərdən biri olmuşdur. Qurani-Kərimin möcüzələrindən biri rəqəm möcüzələr kimi tanınan rəqəmlər və sözlərin təkrar sayı ilə bağlı müzakirələrdir.

Quran möcüzəsinin bir hissəsi Quran kəlmələrinin sayı möcüzəsi ilə bağlıdır ki, bu da çox maraqlı və cəlbedici müzakirədir. Burada bir neçə şeyi qeyd edirik:

1 - "Gün” mənasını verən “Yəvm” sözü Quranda 365 dəfə qeyd olunub ki, bu da bir ildəki günlərin sayıdır.

2 - Ay mənasına olan "şəhr" sözü 12 dəfə, “saət” sözü isə 24 dəfə gəlib.

3 - "Dünya" və "axirət" sözləri bərabər sayda gəlib.

4 - "Kişi" mənasında olan “rəcul” və qadın mənasında olan “mərə” kəlmələri bərabər sayda qeyd edilmişdir.

5 - "İman" sözləri və ondan alınan kəlmələr “elm” kəlməsi və ondan alınan kəlmələr ilə bərabər sayda gəlib.

6 - Şeytan" və "mələk" sözləri eyni sayda qeyd olunur.

7 - "Ölüm" mənasına olan "məvt" sözləri və ondan alınan kəlmələr ilə “həyat” sözləri və ondan alınan kəlmələr bərabər sayda qeyd olunur.

8 - "Nur” və “zülmət” sözləri bərabər sayda gəlib.

Bu müzakirələrin məqsədi peyğəmbərləri tanımaq üçün qısa və intensiv bir araşdırmadır. Bu səbəbdən də Quran möcüzələrindən bəhs edərkən onun elmi möcüzələrinin təsvirini qeyd etmirik. Yerin hərəkəti, ümumi cazibə qüvvəsi, yerin sferikliyi, bitkilərin küləklə mayalanması və s. kimi elm aləminin məsələləri ki, son əsrlərə qədər əlçatmaz olduğu halda, ayələrdə aydın şəkildə bəyan olunub. Çünki oxucuların sadə axtarışla əldə edə biləcəyi bu sahədə çoxlu kitablar və məqalələr yazılıb.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

6/12/2026 12:43:08 PM
İran ABŞ-la razılaşma iddialarını təkzib edib
REGİON / İRAN

İran ABŞ-la razılaşma iddialarını təkzib edib

6/12/2026 11:44:42 AM
İsrail Livanda 3 711 nəfəri qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 3 711 nəfəri qətlə yetirib

6/12/2026 11:10:01 AM