QMİ sədri və Özbəkistan müftisi protokol imzaladı

QMİ sədri və Özbəkistan müftisi protokol imzaladı
Yayınlanma tarixi: 10/19/2022 2:51:29 PM

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Özbəkistan müftisi Nuriddin Xoliknazarov arasında təkbətək görüş keçirilib.

İslamazeri.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Özbəkistan həmişə Azərbaycanın yanında olub.

"Qarabağın işğaldan azad edilməsi dövründə biz hər zaman Özbəkistanın mənəvi dəstəyini hiss etmişik. Bu gün Türk Dövlətləri Təşkilatının nəzdində İslam dininin birliyinə, mənəvi irsimizə qayıdış çox vacibdir".

Özbəkistan müftisi də öz növbəsində təşəkkür edib, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra iki ölkənin dini liderləri qarşılıqlı əməkdaşlığa dair protokol imzalayıblar.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM