Qəzzada daha bir körpə soyuqdan ölüb

Qəzzada daha bir körpə soyuqdan ölüb
Yayınlanma tarixi: 1/19/2026 10:45:17 AM

Qəzza sektorunda daha bir körpə soyuqdan ölüb.

İslamazeri.com xəbər verir ki, faciə Qəzzanın cənubunda yerləşən Xan-Yunis şəhərində baş verib.

27 günlük körpə qız soyuq hava səbəbi ilə həyatını itirib.

Bununla da, bu qış mövsümündə soyudan dünyasını dəyişən uşaqların sayı 8-ə çatıb.

Xatırladaq ki, İsrail Qəzza sektorunun demək olar ki, bütün infrastrukturunu və yaşayış binalarını məhv edib, evlərini itirmiş fələstinlilər çadırlarda qalmaq məcburiyyətindədirlər. Digər tərəfdən isə İsrail bölgəni hərtərəfli mühasirə altında – havadan, sudan və qurudan blokadada saxlamağa davam edir. Qəzza sakinləri aclıqdan və soyuqdan dünyasını dəyişir.

Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri böyük əksəriyyəti uşaqlar və qadınlar olmaqla 71 mindən çox günahsız Qəzza sakinini qətlə yetirib.

GÜNÜN MANŞETLERİ

Zühur üçün oxunan FƏRƏC DUASI
DİN

Zühur üçün oxunan FƏRƏC DUASI

1/19/2026 12:10:01 PM
Qəzzada daha bir körpə soyuqdan ölüb
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada daha bir körpə soyuqdan ölüb

1/19/2026 10:45:17 AM
Azərbaycanın XİN İspaniyaya başsağlığı verib
ÖLKƏ / SİYASƏT

Azərbaycanın XİN İspaniyaya başsağlığı verib

1/19/2026 10:42:31 AM