Qazaxda yanacaq daşıyan maşın yandı: Ölən var - VİDEO

Qazaxda yanacaq daşıyan maşın yandı: Ölən var - VİDEO
Yayınlanma tarixi: 1/7/2026 2:56:15 PM

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

İslamazeri.com xəbər verir ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

Haqqin.az-ın məlumatına görə, hadisə nəticəsində Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü, neft bazasında yanacağın boşaldılması və ötürülməsi üzrə operator işləyən Şamil İbrahimov həlak olub. O, ölümcül yanıq xəsarətləri alıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM