Qaradağda top mərmisi aşkarlanıb

Qaradağda top mərmisi aşkarlanıb
Yayınlanma tarixi: 1/21/2026 11:33:01 AM

Qaradağda top mərmisi aşkarlanıb.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində 122 mm-lik OF-462 tipli yivli top mərmisi aşkar edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 122 mm-lik OF-462 tipli yivli top mərmisi olduğu müəyyən edilib.

Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

GÜNÜN MANŞETLERİ