“Qarabağ” – “Olimpiakos” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Olimpiakos” oyununun biletləri satışa çıxarılıb
Yayınlanma tarixi: 9.10.2022 14:27:47

“Qarabağ”ın Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb

Klubdan İslamazeri.com-a verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livana hücum etdi: Ölən var
DÜNYA / İSLAM DÜNYASI

İsrail Livana hücum etdi: Ölən var

22.12.2025 14:49:47
Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA
ÖLKƏ / HƏRBİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA

22.12.2025 14:19:58