Putin bu ölkələrə neft satışını qadağan etdi

Putin bu ölkələrə neft satışını qadağan etdi
Yayınlanma tarixi: 28.12.2022 13:11:41

Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanla Qərb ölkələrinin Rusiya neftinin barrelinə 60 dollardan yuxarı qiymət tətbiq etməsinə qarşı sanksiyalar tətbiq edilməsi qərara alınıb.

Neft nəqlinə qoyulan qadağanın 2023-cü il fevralın 1-dən qüvvəyə minəcəyi bildirilən fərmanda tavan qiymətləri tətbiq edənlərə neft daşımalarının ancaq Putinin xüsusi icazəsi ilə həyata keçirilə biləcəyi vurğulanıb.

Fərmana əsasən, neft məhsullarının daşınmasına qoyulan qadağa Rusiya hökumətinin müəyyən edəcəyi tarixdən qüvvəyə minəcək.

Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak dekabrın 23-də verdiyi açıqlamada tavan qiymət tətbiqinə qatılanlara neft və neft məhsullarını satmayacaqlarını, lazım gələrsə, neft hasilatını 5-7 faiz azalda biləcəklərini söyləyib.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18