Prezident: Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik

Prezident: Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik
Yayınlanma tarixi: 11/21/2022 4:04:33 PM

“Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik”.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq:

“Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq”.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM