Pambıq tədarükündə yanğın təhlükəsizliyi mövzusunda tədbirlər keçirilib

Pambıq tədarükündə yanğın təhlükəsizliyi mövzusunda tədbirlər keçirilib
Yayınlanma tarixi: 10/13/2022 4:22:14 PM

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirir.

İslamazeri.com FHN-in saytına istinadən xəbər verir ki, xidmətin əməkdaşları tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam, Ağcabədi və Bərdə filiallarında, “Aqroservis” ASC-nin Bərdə regional nümayəndəliyində, “Azərpambıq ASK” MMC-nin Ağcabədi və Bərdə pambıq istehsalı və emalı zavodlarında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.

GÜNÜN MANŞETLERİ

Bazar gününün havası açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Bazar gününün havası açıqlanıb

4/11/2026 2:32:04 PM
Smotriç: İsrailin sərhədləri genişləndirilməlidir
DÜNYA / MARAQLI

Smotriç: İsrailin sərhədləri genişləndirilməlidir

4/11/2026 2:00:53 PM
Hizbullahdan hökumətə: Bizi məcbur etməyin ki...
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan hökumətə: Bizi məcbur etməyin ki...

4/11/2026 11:59:08 AM