Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib
Yayınlanma tarixi: 18.03.2023 10:47:23

Bu barədə FHN-dən bildirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 38 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 5 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ