Nucaba Hərəkatı: İraqı Amerika əsgərlərindən təmizləyəcəyik!

Nucaba Hərəkatı: İraqı Amerika əsgərlərindən təmizləyəcəyik!
Yayınlanma tarixi: 3/13/2026 11:38:29 AM

"Biz İraqı hər səviyyədə Amerika işğalından azad edəcəyik"

İslamazeri.com xəbər verir ki, İraq əl-Nücəba Hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kəabi İraqı Amerika işğalından tamamilə azad etmək əzmində olduqlarını bəyan edib.

X sosial media platforması vasitəsilə verdiyi açıqlamada, əl-Kəabi qrupun xarici qüvvələrin mövcudluğuna son qoymaq strategiyasını vurğulayaraq "Biz İraqı hər səviyyədə Amerika işğalından azad edəcəyik", -  deyə bildirib.

Əl-Nücəba liderinin bu açıqlaması ABŞ və İsrailin İraqdakı Xalq Səfərbərlik Qüvvələrinin (Həşd əş-Şəabi) qərargahlarını hədəf aldığı, İrana qarşı müharibə təhdidləri səbəbindən regional gərginliyin artdığı və müqavimət qruplarının Amerika ordusunun ölkədən tamamilə çıxarılması tələblərini təkrarladığı kritik bir vaxta təsadüf edir.

Hərəkatın baş katibi hərbi və siyasi qətiyyətlərini bir daha təsdiqləyərək, mübarizənin İraq torpaqlarında xarici qüvvələrin mövcudluğuna son qoyulana qədər davam edəcəyi mesajını verib.

GÜNÜN MANŞETLERİ