Nigeriyada “Boko Haram”ın 44 üzvü öldürülüb

Nigeriyada “Boko Haram”ın 44 üzvü öldürülüb
Yayınlanma tarixi: 2.12.2022 13:42:57

Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatlarda 44 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Musa Danmadami ordunun 17-27 noyabr tarixlərində Borno əyalətinin müxtəlif bölgələrində terror təşkilatı Boko Haram-a qarşı havadan və qurudan əməliyyatlar keçirdiyini açıqlayıb.

Danmadami əməliyyatlarda 44 Boko Haram üzvünün öldürüldüyünü, 47 terrorçunun isə ələ keçirildiyini qeyd edib.

Əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 10 nəfərin xilas edildiyini bildirən Danmadami 52 silah, 9 motosiklet və mühüm sursatların da ələ keçirildiyi məlumatını paylaşıb.

Nijerya'da 2000'li yılların başından beri varlık gösteren Boko Haram'ın, 2009'dan bu yana düzenlediği kitlesel terör eylemlerinde 20 binden fazla kişi yaşamını yitirdi.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.

Terror aktları və münaqişələr səbəbindən ölkədə yüz minlərlə insan miqrasiya etməli olub.

GÜNÜN MANŞETLERİ