Nazirlik bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Nazirlik bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
Yayınlanma tarixi: 12/30/2025 10:42:19 AM

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşları sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmağa çağırır.

İslamazeri.com xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, məqsəd əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasıdır.

Bildirilib ki, xüsusilə, yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etmələri, əl gigiyenasına ciddi riayət etmələri tövsiyə olunur.

"Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur. Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü və ətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırır", - müraciətdə vurğulanıb.

GÜNÜN MANŞETLERİ

Qeyb dövründə bu duanı oxuyun!
DİN

Qeyb dövründə bu duanı oxuyun!

12/30/2025 11:24:13 AM
Bu gün bu iki rayonda işıq olmayacaq
ÖLKƏ

Bu gün bu iki rayonda işıq olmayacaq

12/30/2025 10:09:18 AM