Livan İslam Müqaviməti İsrailin "Ramat David" Hava Bazasını vurdu

Livan İslam Müqaviməti İsrailin
Yayınlanma tarixi: 3/3/2026 11:30:01 AM

Livan İslam Müqaviməti İsrailin "Ramat David" Hava Bazasını vurdu.

İslamazeri.com xəbər verir ki, Livan İslam Müqaviməti – Hizbullah – İsrailin Beyrutda və ölkə daxilində mülki yaşayış məntəqələrini hədəf alan hava hücumlarına cavab olaraq işğal olunmuş Fələstin ərazilərinin şimalındakı Ramat David Hava Bazasına qarşı genişmiqyaslı əməliyyat başlatdığını açıqlayıb.

Rəsmi açıqlamaya görə, çərşənbə axşamı saat 05:00 radələrində baş tutan əməliyyatda çoxsaylı dronlardan istifadə edilib.

Əməliyyatın əsas hədəfi bazanın radar yerləri və əməliyyat imkanlarını müəyyən edən komandanlıq və idarəetmə mərkəzləri olub.

Müqavimət bu hərbi əməliyyatın İsrailin onlarla şəhər və qəsəbədə, xüsusən də Dahiyedə mülki əhali arasında baş verən itkilərə və infrastrukturun dağıdılmasına qarşı qisas olduğunu vurğulayıb.

Bəyanatda İsrailin mülki əhalini birbaşa hədəf almaq strategiyasından fərqli olaraq, əməliyyatın hərbi obyektləri hədəf aldığı və Livan xalqını müdafiə etmək öhdəliyi çərçivəsində həyata keçirildiyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ