Kremldən Paşinyana cavab: Azərbaycanın razılığı olmalıdır

Kremldən Paşinyana cavab: Azərbaycanın razılığı olmalıdır
Yayınlanma tarixi: 1/11/2023 4:37:00 PM

Kreml Paşinyana cavab verib.

Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər.
İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusunun bir neçə dəfə gündəmdə olduğunu qeyd edib.
"Lakin hər hansı missiya yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər", - Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir:
"Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir".

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM