Jurnalist Elnarə Qasımova saxlanılıb

Jurnalist Elnarə Qasımova saxlanılıb
Yayınlanma tarixi: 1/13/2024 8:05:34 PM

Jurnalist Elnarə Qasımova Abzas Media işi üzrə saxlanılıb.

İslamazeri.com "Turan"-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. 

Onun sözlərinə görə, E.Qasımova yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. 

Vəkil qeyd edib ki, E.Qasımova ittihamları qəbul etmir və bunu öz jurnalist fəaliyyəti ilə əlaqələndirir.  

Elnarə Qasımova Abzas Media işi üzrə cinayət məsuliyyətinə cəlb edilən altıncı jurnalistdir.

Noyabrın 20-dən dekabrın 14-nə qədər Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalov, habelə jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı saxlanılıb. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham ediliblər. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına başlayıb

5/27/2026 10:33:01 AM
İran: ABŞ müvəqqəti atəşkəsi pozdu
REGİON / İRAN

İran: ABŞ müvəqqəti atəşkəsi pozdu

5/27/2026 10:08:11 AM
Qurban bayramının ƏMƏLLƏRİ
DİN

Qurban bayramının ƏMƏLLƏRİ

5/27/2026 10:00:58 AM