Jurnalist Elnarə Qasımova haqqında həbs qətimkan tədbiri seçilib

Jurnalist Elnarə Qasımova haqqında həbs qətimkan tədbiri seçilib
Yayınlanma tarixi: 1/15/2024 11:19:12 PM

Jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçildi

İslamazeri.com Turan-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi Abzas Media-nın jurnalisti Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə vəkil Bəhruz Bayramov bildirib. 

O, məhkəməyə əlləri arxadan qandallanaraq gətirilən qızın qeyri-insani rəftara məruz qaldığını bildirib. Məhkəmə binasında onun əli artıq öndən qandallanıb.  Vəkilin etirazından sonra hakim qandalın açılmasını təmin edib.

Bununla belə, məhkəmə vəsatəti təmin etməyib və jurnalisti 2 ay 17 gün müddətinə həbs edib. 

O, bu iş üzrə həbs edilmiş digər beş jurnalist və mətbuat işçisi ilə eyni maddə - CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Qasımova ittihamları təkzib edib. O, həbsinin Abzas Media-dan olan həmkarlarının həbsindən sonra jurnalist fəaliyyətinə davam etməsi, bu nəşr üçün çəkiliş etməsi ilə bağlı olduğunu bildirib.

Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci maddəsi üzrə şübhəli şəxs qismində cəlb olunub. O, Abzas Media-nın işi üzrə cəlb olunan altıncı jurnalist və mətbuat işçisi olub.

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM
Təl-Əvivdə sirenalar susmur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Təl-Əvivdə sirenalar susmur

3/12/2026 2:50:24 PM
ABŞ və İsrail İranda 198 uşağı qətlə yetirib
REGİON / İRAN

ABŞ və İsrail İranda 198 uşağı qətlə yetirib

3/12/2026 1:41:19 PM