İrandan Rubioya cavab: Qurban rolunu oynamayın

İrandan Rubioya cavab: Qurban rolunu oynamayın
Yayınlanma tarixi: 6/4/2026 10:00:47 AM

İrandan Rubioya cavab: Qurban rolunu oynamayın

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Dövlət Katibi Rubionun İranın Amerika rəsmilərinə qarşı sui-qəsd planı qurduğu iddialarını rədd edərək, Vaşinqtonu cinayətlərini ört-basdır etməyə çalışmaqda ittiham edib.

Bəqayi ABŞ Dövlət Katibi Marko Rubionun Konqresdəki açıqlamalarına cavab verib.

Bəqayi X hesabında dərc olunan mesajda Rubionun İranın ABŞ rəsmilərinə qarşı sui-qəsd planı qurduğu iddiasının yalan olduğunu bildirib.

İran sözçüsü ABŞ rəsmilərinin ittihamlarını tənqid edərək "İnsan başqalarını özünü gördüyü kimi görür" ifadəsini işlədib.

Bəqayinin paylaşımında "Qurban rolunu oynamaq sizi İran xalqına qarşı törətdiyiniz qəddar müharibə cinayətlərindən, soyqırımından və insanlığa qarşı cinayətlərdən azad edə bilməz" ifadəsi yer alıb.

Rubio Konqresdəki ifadəsi zamanı İranın Amerika rəsmilərinə qarşı sui-qəsd planları həyata keçirdiyini iddia etmişdi. Tehran bu ittihamları rədd edərək, açıqlamaların ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıdığını qeyd edib.

GÜNÜN MANŞETLERİ