İrandan BƏƏ-yə sərt xəbərdarlıq: Addımlarınıza diqqət edin!

İrandan BƏƏ-yə sərt xəbərdarlıq: Addımlarınıza diqqət edin!
Yayınlanma tarixi: 3/21/2026 10:48:58 AM

İran BƏƏ-yə sərt xəbərdarlıq etdi.

İslamazeri.com xəbər verir ki, İran ordusunun Xatəmul-Ənbiya Mərkəzi Qərargahının sözçüsü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) xəbərdarlıq edib.

Bəyanatda bildirilib ki, əgər BƏƏ öz ərazisindən İrana məxsus Böyük və Kiçik Tunb adalarına və Fars körfəzindəki Əbu Musa adalarına qarşı daha bir hücum etsə, ölkənin Ras əl-Xeymə bölgəsinə ağır zərbələr endiriləcək.

Qərargah sözçüsü əvvəllər də oxşar bir xəbərdarlıq etdiklərini və bunu praktikada sübut etdiklərini vurğulayaraq bildirib: "Ölkəmizin ərazisinə və milli suverenliyinə qarşı hər hansı bir hücumun mənbəyini hədəf alacağıq".

İran rəsmisi, xüsusilə BƏƏ-ni hədəf alaraq xəbərdarlığını təkrarlayıb və ölkənin şimalındakı Ras əl-Xeymə əmirliyinin hücum halında İran silahlı qüvvələri üçün hədəf olacağını bildirib.

Tehranın Körfəzdəki strateji adalar üzərində suverenlik iddiasını təkrarlayan bəyanat bölgədə gərginliyin yenidən artmasına səbəb olub.

GÜNÜN MANŞETLERİ